48
20:58
21 Oktyabr 2015

Şahin Mustafayev sədr təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibini təsdiq edib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri təyin edilib.

Koordinasiya Şurasının üzvləri:

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru