37
05:10
21 Oktyabr 2015

Suriya ilə bağlı çoxtərəfli görüş keçiriləcək

Vaşinqton tezliklə Rusiya nümayəndələrinin iştirakı ilə Suriyaya ilə bağlı görüşün keçirilməsini gözləyir, lakin görüşün detalları və iştirakçıları hələlik təsdiqlənməyib. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bidirib.

Onun sözlərinə görə, Amerika tərəfi görüşün çoxtərəfli formatda keçiriləcəyini gözləyir.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bundan əvvəl yaxın zamanda Rusiyanın XİN rəhbəri Sergey Lavrov və “digər maraqlı tərəflər”lə Suriya probleminin müzakirə olunacağını gözlədiyini bildirib.

Rusiya XİN-i bundan əvvəl həmçinin ABŞ ilə Suriyaya dair görüşə hazırlıq işlərinin aparıldığını təsdiqləyib.