69
04:57
21 Oktyabr 2015

Çempionlar Liqasında yeni rekord

“Porto”nun yarımmüdafiəçisi Ruben Neveş Çempionlar Liqasında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, gənc futbolçu komandasını “Makkabi” ilə oyuna kapitan kimi çıxardıb.

Bununla da o, Avropanın ən nüfuzlu klub turniri tarixində kapitan kimi meydana çıxan ən gənc futbolçu olub. Belə ki, Neveş oyun günü 18 yaş 221 günlüyündə olub.

Daha əvvəlki rekord isə Moskva MOİK-nin qapıçısı İqor Akinfeyevə aiddir. Rus qapıçı 2006-cı ildə komandası ilə kapitan kimi meydana çıxarkən 20 yaş 227 günlük idi.