31
20:13
20 Oktyabr 2015

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Oktyabr

GÜNÜN ŞƏRHİ

İqtisadi inkişafa gedən yol bəzən çox adi qərarlardan asılı olur. Məsələn, lisenziyaların sayının azaldılması və lisenziya vermə prosedurunun sadələşdirilməsi. Yaxud da, obyektlərdə yoxlamaların müvəqqəti olaraq dayandırılması. Bu, dünya praktikasında daim tətbiq olunan üsullardan biridir və hər zaman da özünü doğruldub. Elə təkcə Qazaxıstanın timsalında buna əmin ola bilərik. Nursultan Nazarbayevin hələ illər öncə yoxlamaların 4 il müddətinə dayandırılması barədə fərmanından sonra Qazaxıstanda iqtisadiyyatın həcmi sürətlə böyüməyə, inkişaf tempi artmağa başlayıb. Sahibkarlara verilən fasilə həm də cəmiyyətin kənar müdaxilələrə qarşı instinktiv müqavimətinin formalaşmasına səbəb olub. Bu baxımdan prezident İlham Əliyevin irəli sürdüyü qanunvericilik təşəbbüsünün Qazaxıstandakı effekti ən azı ikiqat üstələyəcəyi şəksizdir. Çünki Qazaxıstandan fərqli olaraq Azərbaycanda prosesi şəffafcasına idarə edə biləcək, ən əsası isə vətəndaşların inamını qazana bilmiş unikal struktur - ASAN xidmət var. Bu, Azərbaycanın üstünlüyüdür. Unutmaq olmaz ki, dünyanı bürüyən iqtisadi böhran fonunda sahibkarlığın inkişafına indi daha çox ehtiyac var.