39
14:12
20 Oktyabr 2015

Elmar Məmmədyarov: “Prezidentlərin görüşü ilə bağlı iki yol var”

“ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kosta-Rika xarici işlər naziri Manuel Qonzales Sanzla görüşdən sonra keçiriləb mətbuat konfransında deyib.

O bildirib ki, həmsədrlər oktyabrın 26-da İrəvanda olacaqlar. “Ayın 28-də isə Azərbaycanda olacaqlar. Prezidentlərin görüşünün yeri və tarixi ilə bağlı tələsmək lazım deyil. Həmsədrlər gəlsinlər. İki yol var: ya prezidentlər görüş yerini seçəcəklər, ya da həmsədrlər təkliflə gələcəklər. Bütün hallarda həmsədrlərin regiona səfərini gözləyirik və bunu müzakirə edəcəyik”.

Nazir Serbiyada ATƏT-in Nazirləri Şurasının iclasında Azərbaycanın da iştirak edəcəyini təsdiqləyib.