31
13:16
20 Oktyabr 2015

Bakıda spirtdən zəhərlənən iki qardaşdan biri ölüb

Bakıda spirt və psixotrop maddədən zəhərlənən qardaşlardan biri ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 19-da Nəsimi rayonunun Mərdanov qardaşları küçəsində qeydə alınıb. Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Tahir Məmmədov və qardaşı Məmməd Məmmədov spirtli içki və psixotrop maddələrin təsirindən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Tahir orada ölüb, Məmmədə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.