22
11:35
20 Oktyabr 2015

Bakıda 2 dələduz tutuldu

Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 2 nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az -a verilən məlumata görə, Səbail RPİ CAŞ və 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1981-ci il təvəllüdlü Yadulla Məhərrəmov tutulub.

Həmçinin, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1966-cı il təvəllüdlü Natiq Sultanov saxlanılıb.