20
17:49
19 Oktyabr 2015

Azərbaycanlı iş adamı axtarışa verildi - RUSİYADA

Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 45 yaşlı Hacıyev Araz Telman oğlu külli miqdarda dələduzluqda təqsirləndirilir. O, Rusiyadan qaçdığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, A. Hacıyev Rusiyada biznes fəaliyyəti ilə məşğul olurmuş.