32
15:05
29 Sentyabr 2015

"YapıKredi Bank Azərbaycan"ın rəhbəri dəyişib

"YapıKredi Bank Azərbaycan" ASC-nin rəhbərliyində dəyişiklik baş verib.

"APA-Economics"in xəbərinə görə, Cenk Yüksel bankın İdarə Heyətinin sədri, baş direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, C. Yüksel bu vəzifədə Altan Şentürkü əvəzləyib.

Onun əlavə edək ki, C. Yüksel bundan əvvəl "Yapı Kredi Bankası"nda Kredit risklərinin auditi departamentinə rəhbərlik edib.