28
01:26
29 Sentyabr 2015

Ermənilər işğal olunmuş ərazilərdə yanğın törədiblər

Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan, işğal altında olan ərazilərdə yanğın müşahidə olunur.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, alov işğal altında olan keçmiş Ağdərə rayonunun dağlıq hissəsində müşahidə olunur.

Axşam saatlarında başlayan yanğın, Ağdam və Tərtərin bütün cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunur. Alovun miqyası get-gedə genişlənir.