26
19:46
28 Sentyabr 2015

Tanınmış aparıcının saytı erməni hakerlərin hücumuna məruz qaldı

Aparıcı Emin Musaviyə məxsus "EM co" prodakşınının internet informasiya resursu erməni haker qrupu tərəfindən kiberhücumlara məruz qalıb. Lent.az -ın məlumatına görə, həmin qrupun təxəllüsü artıq müəyyən edilib: bu, “Monte Melkonian Cyber Army-MMCA” təxəllüslü erməni qrupudur.
Qeyd edək ki, Azərbaycanın bir sıra digər veb-saytları da erməni kiberhücumlarına məruz qalıb.
Məlum olub ki, kiberhücumlar nəticəsində həmin saytların bazasına icazəsiz giriş həyata keçirilmiş, ana səhifələri dəyişdirilərək təxribat xarakterli məzmunlar yerləşdirilmişdir.
Xatırladaq ki, Monte Melkonyan erməni “ASALA” beynəlxalq terrorçu qruplaşmasının rəhbərlərindən biri olmuşdur. O, ABŞ, Fransa, Türkiyə ərazisində bir çox günahsız insanın ölümü və yaralanması ilə nəticələnmiş qanlı aksiyaları təşkil etmiş və həyata keçirmişdir. 1993-cü ildə Qarabağda Azərbaycan Milli Ordunun əsgərləri tərəfindən məhv edilib.