19
23:10
26 Sentyabr 2015

Ermənilərin minaatandan açdığı atəş nəticəsində mülki şəxs ölüb - YENİLƏNİB

Qoşunların Ağdam istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində mülki şəxs həlak olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, düşmən minaatanlardan istifadə edib. Məlumata görə, Ağdamın işğal altındakı Muğanlı kəndindən olan və Baharlı qəsəbəsində məskunlaşmış 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində ağır qəlpə yarası alıb.

Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib.

Mərhum iki övlad atası olub.

Allah rəhmət eləsin!