27
17:09
26 Sentyabr 2015

217 nəfərin namizədliyi qeydə alındı

Bu günədək Milli Məclisə seçkilərlə əlaqədar 1449 nəfərin namizədliyinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edilib.



APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.


Bunlardan 557 nəfərin namizədliyi siyasi partiyalar, 60 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 829 nəfər isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1351 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. 1231 nəfərə imza vərəqələri verilib, 217 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.