28
15:31
26 Sentyabr 2015

Baloğlan Əşrəfov avtomobil qəzası keçirdi: "Sözlə ifadə olunacaq deyil"

Əməkdar artist Baloğlan Əşrəfov Biləsuvar rayonu ərazisində avtomobil qəzasına düşüb. Bu barədə Lent.az -a əməkdar artistin özü məlumat verib: “Heç bilmirəm necə deyim, hər şey gözlənilməz oldu. Bibim oğlu ilə birgə gedirdik, qəflətən qəza oldu. Hadisə zamanı özümü çox pis hiss elədim. İndi-indi özümə gəlirəm. Allahın köməyi ilə hər şey yaxşı olar. Amma keçirdiyim həyəcan sözlə ifadə olunacaq deyil”.