32
05:50
25 Sentyabr 2015

5 otaqlı evdə yanğın

Şəmkirdə gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Şəmkir rayonunda vətəndaşa məxsus ümum sahəsi 70 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının ev əşyaları 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.