20
11:37
21 Sentyabr 2015

Narkotik alverçisinə 7 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fikrət Jivadyarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az -ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən F. Jivadyarov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fikrət Jivadyarov Cinayət Məcəlləsinim 234( narkotik maddələrin qanunsuz dövriyyəsi) şübhəli bilinir.