54
15:14
17 Sentyabr 2015

Beynəlxalq Avtovağzala yeni rəhbər təyin olunub

Bakı Beynəlxalq Avtovağzalında kadr dəyişikliyi baş verib.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.

N. Həsənovun sözlərinə görə, avtovağzalın rəhbəri Qasım Qasımov tutduğu vəzifədən azad olunub.

Onun yerinə bu vəzifəyə Seymur Aslanov təyin olunub.