32
12:20
17 Sentyabr 2015

Qubanın Küpçal kəndində təhlükəli vəziyyət yaranıb - LEYSAN

Ötən gün Quba rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Küpçal kəndində təhlükəli vəziyyət qeydə alınıb.

Quba Regional Hidrometeoroloji Mərkəzdən APA-nın şimal bürosuna verilən məlumata görə, yaşayış məntəqəsinə 3 saat ərzində 124 mm yağıntı düşüb. Həmin ərazidə 3 saat ərzində Quba rayonuna sentyabr ayı üçün nəzərdə tutulan normadan iki dəfə artıq yağış yağıb.

Quba rayonu üçün sentyabr ayı üçün norma 62 mm-dir.

Bundan əlavə Quba şəhərinə 28 mm, Rustov kəndinə 57 mm, Təngəaltıya 31 mm yağıntı düşüb.

Qusar rayonunda 61 mm, Xızı rayonu, Altıağac qəsəbəsində isə yağıntının miqdarı 36 mm çatıb.