38
22:51
16 Sentyabr 2015

Serbiya-Macarıstan sərhədində iğtişaş: 20 polis yaralandı

Serbiya hökuməti miqrantlarla əlaqədar Macarıstanla sərhədə əlavə polis qüvvələri yollayıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Serbiyanın daxili işlər naziri Neboyşu Stefanoviç bildirib.

“Əlavə polis qüvvələrinin göndərilməsində məqsəd polis əməkdaşlarına qarşı hücumların qarşısının alınmasıdır”, deyə nazir bildirib.

Qeyd edək ki, bu gün bir qrup miqrant Serbiya-Macarıstan sərhədindəki hasarları dağıdaraq Macarıstan ərazisinə keçib. Polis qaçqınları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Son məlumatlara əsasən, iğtişaş nəticəsində 20 polis əməkdaşı xəsarət alıb.