30
19:45
12 Sentyabr 2015

Hacıqabulda avtomobil su kanalına aşdı: sürücü öldü

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 17.30 radələrində Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Şirvan sakini, 1979-cu il təvəllüdlü Abasov Rəşad Seyidzadə oğlu idarə etdiyi QAZ 3110 markalı 10 LV 260 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirib və avtomobil su kanalına aşıb. Nəticədə sürücü boğularaq hadisə yerində ölüb.

Qeyd edək ki, Abasov Rəşad 2010-cu ildə boks üzrə ölkə çempionatının qalibi olub

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.