32
05:52
10 Sentyabr 2015

İngiltərə taxtında rekord imza

Sentyabrın 9-da taxta çıxmasının 64-cü ilini qeyd edən II Yelizaveta səltənəti uzun müddət davam edən ingilis hökmdarı olacaq.

Lent.az -ın “musavat.com”-a istinadən məlumatına görə, İngiltərə Kraliçası II Yelizavetanın taxta çıxması bütün ölkədə təntənəli şəkildə qeyd edilib. Kraliça taxta çıxdığı günü qeyd etməklə yanaşı, krallıq ailəsinin taxtda qalan ən uzunmüddətli üzvü kimi də tarixə düşüb. II Yelizavetadan əvvəl bu rekordu 1837-1901-ci ildə İngiltərəyə hökmranlıq edən Kraliça Viktoriya qırmışdı. 64 illik kraliçalıq dövrü haqqında araşdırma aparan jurnalistlər bu müddət ərzində İngiltərədə 13 baş nazir, Amerikada 12 prezident, Rusiyada isə 12 prezident dəyişdiyini bildiriblər. AFR xəbər agentliyi kraliçanı ən uzun müddət taxtda qalan hökmdarlarla müqayisə edib. Məlumatlara görə, son 400 ildə ən uzun müddət taxtda qalan liderlərdən biri məhz II Yelizavetadır. Həmin siyahıdan birinci yeri 72 il Fransa taxtında qalan XIV Luis tutur. 1946-cı ildən bəri Tailandda hökmdarlıq edən Bhumibol Anduljayed ikinci sıradadır.