36
20:54
08 Sentyabr 2015

Ukrayna müdafiə xərclərini artıracaq

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (UMTMŞ) müdafiə xərclərinin artırılması məsələsini nəzərdən keçirəcək. APA -nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Ukraynanın müdafiə xərcləri Rusiyadan 40 dəfə azdır. UMTMŞ yaxın zamanda müdafiə xərclərinin artırılması məsələsinə baxacaq”, deyə Poroşenko Nazirlər Kabinetinin geniş iclasında bildirib.