32
11:48
08 Sentyabr 2015

Mağazada qadını soydular - BAKIDA

Bakıda soyğunçuluq hadisəsi qeydə alınıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 7-də saat 16:30 radələrində “Laçın” mağazasında qızıl satışı şöbəsində Nərminə Cəlilovanın bir cüt qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunan, 1972-ci il təvəllüdlü Zahid Tofiq oğlu Qarayev tutulub. Faktla bağlı CM-nin 180-ci maddəsi ilə cinayət işi başlanıb.