49
02:43
08 Sentyabr 2015

Qubadakı qəzada ölənlərin adları məlum oldu - YENİLƏNİB

Quba rayonunda baş verən avtomobil qəzasında ölən şəxslərin adları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza zamanı “Hyundai" markalı avtomobildə olan Hüseynov Camal Tofiq oğlu, Qəribov Samir Qərib oğlu və Rəhimov Emil Ağarəhim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

***

Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonunun Barlı kəndi ərazində qeydə alınıb.

“Hyundai” markalı “10 VR 410” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarılması əməliyyatını aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.