86
20:05
06 Sentyabr 2015

Bölməyə çağırıldı, qapı-pəncərəni qırdı, polislə dava etdi və… sərbəst buraxıldı

Bakıda bölməyə dəvət edilən şəxs qapı-pəncərəni sındırıb, polis mayoru ilə dava edib və sonda sərbəst buraxılıb.

Musavat.com xəbər verir ki, bu hadisə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində baş verib.

R.Allahverdiyev küçəsində yaşayan Rafiq Əliyev “102 xidməti”nə zəng edərək kirayədə yaşayan qonşusunun onu ölümlə hədələdiyini bildirib.

Şikayət əsasında qonşu bölməyə dəvət edilib. 24 yaşlı Rəşad Zeynalov sərxoş vəziyyətdə polis bölməsinə gəlib. Orada bölmənin giriş qapısını və pəncərənin şüşəsini sındırıb.

Daha sonra isə R.Zeynalov növbətçi polis mayoru İlqar Həsənovla mübahisə edib, ona müqavimət göstərib.

Gecə saatlarında polis bölməsinə dəvət edilən R.Zeynalovun ifadəsi alındıqdan sonra sərbəst buraxıb.