74
13:30
05 Sentyabr 2015

Bakı metrosunda özünü qatarın altına atan Rusiya vətəndaşıdır - YENİLƏNİB

Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.

***

Bakıda özünü metro qatarının altına atan şəxsin meyiti çıxarılaraq adiyyatı orqanlara təhvil verilib.

Bu barədə APA-ya məlumat verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazrıda metroda qatarların hərəkəti bərpa olunub.

***

Metronun “28 May” stansiyasında faciə baş verib. “Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar reysinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.

Lent.az -ın məlumatına görə, Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı qafqazinfo.az-a faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.

***

Hadisə şahidləri "Qafqazinfo"ya bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.

***

ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb.

***

Nəsimi Paşayev "Qafqazinfo"ya bildirib ki, intihar edənin şəxsiyyəti hələ ki, müəyyənləşməyib: “Qatarın hərəkəti dayandırılıb. Şəxsin meyiti hazırda reysdən çıxarılır".