24
19:50
03 Sentyabr 2015

Saakaşvilinin baş nazir təyin olunması ilə bağlı kampaniya başladı

Ukrayna prezidenti Petro Poroşenkonun mətbuat xidmətinin saytının icimai təşəbbüslər bölməsində Odessanın qubernatoru Mixeil Saakaşvilinin bu ölkənin baş naziri təyin olunmasına dair petisiya yerləşdirilib.

APA-nın "apsny.ge" saytına istinadən verdiyi məlumata görə, petisiya müəllifinin fikrincə, M. Saakaşvili Ukraynada zəruri islahatlar həyata keçirməyə, habelə korrupsiyanın öhdəsindən gəlməyə qadirdir.

Təşəbbüsə baxılması üçün petisiyanın 25 min səs yığması lazımdır.

Hazırda Ukraynanın baş naziri Arseniy Yatsenyukdur.