31
02:20
30 Avqust 2015

İstintaq təcridxanasında yanğın oldu: 4 ölü, 7 yaralı

Rusiyanın Ulyanovsk şəhərində istintaq təcridxanasında yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 4 məhbus ölüb, 7-si xəsarət alıb.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Yanğın zamanı təcridxanadan 35 nəfər təxliyyə edilib. İlkin versiyaya əsasən, hadisəyə səbəb elektrik naqillərində yaranmış qısaqapanma olub.

Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidməti insidentlə əlaqədar Ulyanovska xüsusi komissiya yollayıb.