40
15:27
27 Avqust 2015

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri görüşəcək

Avqustun 28-də Türkiyənin Antalya şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın "İhlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu TürkiyəXarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Ankarada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, nazir Mövlud Çavuşoğlu görüşə qatılmaq üçün Antalyaya gedəcək. Üçtərəfli toplantının regional əhəmiyyətə malik olduğunu vurğulayan T. Bilgiç, Antalya görüşündə Aşqabadda qəbul olunmuş qərarların icrasının müzakirə olunacağını söyləyib.

Xatırladaq ki, Aşqabad görüşü bu il yanvarın 29-da keçirilib.

T.Hacıyev deyib ki, işə qayıtmağı Dilçilik İnstitutunun kollektivi ondan xahiş edib: "Kollektiv də xahiş etdi, mən də məsələləri aydınlaşdırmaq üçün işə getmək istəyirəm. Ona görə də vəzifəmə qayıdacam".

Akademik gələn aydan işə çıxacağını bildirib.