15
13:59
23 Avqust 2015

Bakıda evdə termometr partlayıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonununda mənzildə termometr sınması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, termometrin sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 10:30-da başa çatıb.