34
05:08
23 Avqust 2015

Lukaşenko seçkilərdəki rəqibini əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko prezidentliyə sabiq namizəd Nikolay Statkeviçi və daha 5 müxalifətçini əfv etmək qərarına gəlib. APA -nın “BelTa”ya istinadən verdiyi xəbərə görə, prezident administrasiyasının məlumatında bildirilir ki, Aleksandr Lukaşenko humanizm prinsiplərinə əsaslanaraq, Nikolay Dedok, İqor Olineviç, Nikolay Statkeviç, Yevgeni Vaskoviç, Aryom Prokopenko və Yuri Rubtsovun həbsxanadan azad olunmasına qərar verib.

Qeyd edək ki, 2010-cu ildə Belarusda kütləvi aksiyalarla müşayiət olunan prezident seçkiləri keçirilib. Etirazçılar Minskin mərkəzində MSK-nın yerləşdiyi Hökumət Evini ələ keçirməyə cəhd edib. Aksiya zamanı 700-dən çox etirazçı həbs olunub.

Səsvermədən sonra Lukaşenkonun seçkilərdəki 9 rəqibindən 5-i həbs edilərək “kütləvi iğtişaşların təşkili” ittihamı ilə müxtəlif müddətə həbs cəzasına məhkum edilib.

Nikolay Statkeviç 6 il müddətinə ciddi rejimli həbs cəzasına məhkum edilmişdi.