20
19:19
21 Avqust 2015

PKK dayanmaq bilmir: 2 şəhid, 7 yaralı

Türkiyədə PKK terror aktları törətməyə davam edir. Lent.az -ın DHA-ya istinadən məlumatına görə, PKK-çılar Bitlis şəhərinin Güroymak qəsəbəsində polislərdən qaçan zamanı qəsəbədə yerləşən çayxanaya hücum ediblər. Silahlı hücum nəticəsində çayxanada olan 2 nəfər öldürülüb, 6 nəfər isə yaralanıb.

Polis hadisəni törədən PKK-çıların axtarışı ilə bağlı xüsusi əməliyyat aparır.

PKK-çılar Diyarbəkir şəhərinin Özəkli qəsəbəsində yerləşən hərbi hissəyə silahlı hücum edib. Uzun tipli silahlara hücum zamanı bir əsgər ağır yaralanıb. Yaralı Diyarbəkir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, PKK-çılar avqustun 12-də də Özəkli qəsəbəsində yerləşən hissəyə hücum etmişdi. Hücum zamanı baş çavuş Fatih Göksən şəhid olmuş, 3 əsgər isə yaralanmışdı