47
18:19
18 Avqust 2015

Prezident Məhəmməd Əşrəf Qanini təbrik edib

Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib. Lent.az -ın president.az-a istindən məlumatına görə, təbrik məktubunda belə deyilir:

Hörmətli cənab Prezident,

Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin qorunub saxlanması və daha da möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.