25
11:05
18 Avqust 2015

Çempionlar Liqasında pley-off mərhələsi başlayır - SİYAHI

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Lent.az -ın məlumatına görə, bu gün 5 qarşılaşma baş tutacaq.

Mərhələnin ən maraq kəsb edən görüşü “Mançester Yunayted” – “Brügge” qarşılaşmasıdır. Oyunların start fiti Bakı vaxtı ilə 23:45-də veriləcək.

Bu keçiriləcək oyunların siyahısını təqdim edirik:

“Astana” (Qazaxıstan) - APOEL (Kipr)

“Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika)

“Latsio” (İtaliya) - “Bayer” (Almaniya)

“Sportinq” (Portuqaliya) - MOİK (Rusiya)

BATE (Belarus) - “Partizan” (Serbiya)