42
11:55
15 Avqust 2015

Xuraman Şuşalı övladlarından danışdı

Ailəsi ilə birgə istirahətə yollanan müğənni Xuraman Şuşalı şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallara münasibət bildirib.

Lent.az -ın məlumatına görə, ifaçı sosial şəbəkədəki səhifəsində bu sözləri yazıb: “Çox vaxt mənə sual verirlər ki, üç uşaqla sizə çətin deyil? Əlbəttə ki, çətindir. Amma övladlarım böyüyəndə daha da çətin olacaq. Onları bir yerə yığmaq lazımdır. Çalışıram ki, uşaqlarımın yaşadığı hər gün gözəl olsun. Bu günlə yaşayaq, sabaha Allah kərimdir. Əlbəttə ki, bu çətinliyi mənə yüngül göstərən həyat yoldaşımın əziyyətini də qeyd etmək istəyirəm. Onun əziyyəti var. Ümumiyyətlə ailədə gərək hər kəs öz öhdəsinə düşəni yerinə yetirsin”.

Qeyd edək ki, 5 il öncə rejissor Elçin Məmmədov adlı şəxslə ailə quran X.Şuşalının üç övladı var.