27
18:02
13 Avqust 2015

FHN daha 3 nəfəri xilas edib

Bakıda daha 3 nəfər dənizdə boğulmaqdan xilas edilib.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub.

Bundan başqa, Qaradağ rayonunda da dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş daha 1 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub.