19
15:09
13 Avqust 2015

Rusiyada adam soydu, Azərbaycanda tutuldu

Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Vüsal Hüseynov tutulub.