25
15:07
13 Avqust 2015

TQDK-dan ali məktəblərə qəbulla bağlı STATİSTİK MƏLUMATLAR

200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47, 14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22, 08 faizdir. 7, 5 faiz isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunublar”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən brifinqdə deyib.

E. Nağızadə bildirib ki, bütünlüklə qəbul prosesi tam baş çatdıqdan, yəni ikinci mərhələ üzrə yerləşdirmənin nəticələri elan olunduqdan sonra ənənəvi olaraq TQDK tərəfindən qəbulun yekunlarına dair statistik təhlillər aparılacaq: “Daha geniş, müqayisəli təhlillər ictimaiyyətə təqdim olunacaq. Bizdə yalnız ilkin statistik məlumatlar var”.

TQDK rəsmisi bu il orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdiyi statistik rəqəmləri açıqlayıb: “Builki məzunların 26, 21 faizi 0-100 bal arasında, 18, 97 faiz 100-200 bal arasında, 18, 28 faiz 200-300 arasında, 24, 91 faiz 300-500 bal arasında, 11, 63 faiz 500-dən yuxarı və 3,91 faiz 600-dən yuxarı bal toplayıb”.