16
22:40
10 Avqust 2015

“Türk axını”nı tikmək 11,4 mlrd avroya başa gələcək

“Türk axını” qaz boru layihəsi çərçivəsində ümumi dəyəri 11,4 mlrd avro qiymətləndirilən 4 boru xəttinin tədricən çəkilməsi nəzərdə tutulub. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un layihələrin idarə olunması departamentinin rəis müavini Aleksey Serebryakov bildirib.

“Layihəyə əsasən, qaz borusunun 4 xəttinin tikintisi nəzərdə tutulub, onların tədricən, mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır...

ƏDV-siz hazırkı ümumi dəyər 11,4 mlrd avro məbləğində müəyyənləşdirilib.

Qaz borusunun birinci xəttinin dəyəri ƏDV-siz 4,3 mlrd avro məbləğində müəyyən edilib”, deyə Aleksey Serebryakov bildirib.