29
05:45
09 Avqust 2015

Əfqanıstanda növbəti güclü partlayış: 22 ölü

Əfqanıstanın Kunduz bölgəsində “Taliban” hərəkatının üzvü tərəfindən törədilən növbəti güclü partlayış nəticəsində azı 22 nəfər ölüb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Məlumata görə, terrorçunun hədəfi hökumətin tabeliyində olan orduya daxil olmayan könüllü hərbiləşdirilmiş birləşmələr olub.

Qeyd edək ki, avqustun 7-də paytaxt silahlılar Kabildə NATO-nun obyektinə hücum ediblər. Minalanmış yük maşınının partladılması nəticəsində 15 nəfər ölüb, 400-dək adam yaralanıb.

Bundan az sonra polis akademiyası yaxınlığında törədilən güclü partlayış nəticəsində 27 nəfər ölüb, 26 nəfər yaralanıb.