17
18:34
04 Avqust 2015

Rusiya qərb ölkələrinə qarşı sanksiya siyahısını genişləndirəcək

Rusiya Nazirlər Kabineti bir neçə Avropa ölkəsinin anti-sanskiya siyahısına salınması ilə bağlı Rusiya prezidentinə müraciət hazırlayır.

APA -nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedev bəyan edib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına qarşı sanksiya qərarını dəstəkləyənlərin tam siyahısı prezidentə təqdim edilməlidir.

Qeyd edək ki, bu ilin may ayında Monteneqro, İslandiya, Norveç, Albaniya və Lixtenşteyn Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarına qoşulub. Onlardan Monteneqro və İslandiya Avropa İttifaqına üzvlüyə namizəddir. Norveç və Lixtenşteyn isə Avropa iqtisadi zonasının və Avropa Azad Ticarət Assosiasiyasının üzvüdür.