26
12:56
03 Avqust 2015

Azərbaycanda dəhşətli istilər: 43 dərəcə...

Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənLent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

SabahAzərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlıq rayonlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.