69
15:46
22 İyul 2015

FAİREX-in idmançıları beynəlxalq festivalda iştirak edəcəklər

20-25 iyul 2015-ci il tarixlərində Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyyə ərazisində 37-ci Kəmaliyyə Beynəlxalq Ekstremal İdman Növləri Festivalı keçiriləcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) Lent.az -a verilən məlumata görə, festivalda iştirak etmək məqsədilə yeddi nəfərdən ibarət komanda Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə Türkiyəyə yola düşüb.

Müxtəlif ölkələrin qatılacağı Festivalda idmançılar təbii qayalarda müxtəlif idman dırmanması növləri ilə yanaşı hava idman növləri üzrə də öz bacarıqlarını nümayiş etdirəcəklər.