28
04:56
01 İyul 2015

Yunanıstan borcunu ödəmədi

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın təyin olunmuş tarixədək 1,5 mlrd. avronu ödəmədiyini təsdiqləyib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Yunanıstan Fonda kredit üzrə ödəniş edə bilməyən ilk inkişaf etmiş ölkə olub.

BVF-nun nümayəndəsi Cerri Rays Yunanıstan tərəfindən ödənişin edilmədiyini bildirərək, Fondun İcraiyyə Şurasını bu barədə məlumatlandırıldığını vurğulayıb. Beləliklə, Yunanıstan borcunu ödəməyənədək BVF-nun maliyyə yardımından məhrum olacaq.

Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1.5 milyard dollar kredit borcunu ödəmək üçün iyunun 30-dək vaxtı var idi.

Xatırladaq ki, Yunanıstan parlamenti böhranla bağlı iyulun 5-də referendumun keçirilməsi barədə qərar verib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər