54
07:19
30 İyun 2015

Ukraynadan “Şərq Tərəfdaşlığı”na çağırış

Bölgədə vəziyyətin gərginləşməsi nəzərə alınmaqla Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsü böyük səmərəlilik nümayiş etdirməlidir. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Minskdə Ukrayna XİN rəhbərinin müavini Natalya Qalibarenko bildirib.

“Biz kifayət qədər səmimi olaraq deməliyik ki, Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsü bölgədəki mürəkkəb vəziyyət, çağırışlar və Ukraynanın dramatik hadisələrlə üzləşməsi kontekstində daha səmərəli olmalıdır”, deyə Qalibarenko Minskdə “Şərq Tərəfdaşlığı”nın nazirlər səviyyəsində keçirilmiş görüşdə bildirib.

Onun sözlərinə görə, tərəflərin bu məqsədə çatmaq üçün tədbirlər planı olduğunu bildirib: “Məhz indi heç vaxt olmadığı kimi Aİ-nin tərəfdaş ölkələrlə siyasi və iqtisadi həmrəyliyi çox vacibdir”, deyə o bildirib.