46
15:23
03 İyun 2015

İqtisad Universitetində Beynəlxalq İqtisadiyyat Məktəbi yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Beynəlxalq İqtisadiyyat Məktəbi (International School of Economics) yaradılıb.

ADİU-nun mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, ADİU-nun Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

Məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılacaq və dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, bünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunacaq.

Dərsləri ADİU-nun və dünyanın aparıcı universitetlərinin müəllimləri keçəcək. Tələbələr ADİU-nun beynəlxalq tədris, o cümlədən tələbə mübadilə proqramlarında iştirak edəcəklər.