95
15:49
19 May 2015

16 ölü, 54 yaralı...- YENİLƏNİR

Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olan son məlumatlara əsasən, 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq, aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib. Hazırda yaralıların əksəriyyəti, 32 –nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Yanğın başlanan andan etibarən, hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.

15:27

Bu saata olan son məlumatlara əsasən, yanğnda ölənlərin sayı 15 nəfərdir. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, 64 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

***

14:30

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb. Bunu Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 43 nəfər yaralanıb. Onlardan 24 nəfəri xəstəxanalara yerləşdirilib. Daha çox yaralı Toksikologiya Mərkəzinə yerləşdirilib. 9 nəfərə yerində yardım göstərilib.

***

14:05

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın zamanı ölənlərin sayı 6-ya çatıb. Bunu Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib. Onun sözlərinə görə, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 20 nəfər xəstəxanalara aparılıb. 6 nəfərə isə yerində yardım edilib.