74
16:35
04 May 2015

Binəqədidə Gül Bayramı

Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon gül bayramı keçirildi.
Lent.az -ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Rafael Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Bayram tədbirində Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə etdirən kompozisiyalar nümayiş etdirildi. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaratdı.
Heydər məscidindən başlayaraq 246 saylı məktəb istiqamətində Üzeyir Hacıbəyov küçəsi boyunca yolun hər iki tərəfində rayonun orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış sərgilər, rəqslər, bədii qiraət və uşaqların ifasında müxtəlif idman növlərinin nümayişi bayram şənliyinə xüsusi ovqat qatdı.