50
18:10
28 Aprel 2015

Binəqədidə akademik Zərifə Əliyevanın anım mərasimi keçirilib

Binəqədi rayonunda görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Lent.az -ın məlumatına görə,tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, Məlahət İbrahimqızı, Gülçöhrə Məmmədova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Belçika parlamentinin senatoru Gülər Turan, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlar Şurasının İdarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.

Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış olublar.