68
02:40
19 Fevral 2015

Elnur "O səs Türkiyə"nin qalibi oldu! - YENİLƏNİB

Ailem.az-ın xəbərinə görə, yarışmanın qalibi hamının gözlədiyi kimi həmyerlimiz Elnur Hüseynov oldu. Elnur finalda yarışdığı 4 nəfərə tamaşaçıların göndərdiyi SMS-lərlə məğlub edərək müsabiqəni birinciliklə başa vurdu.

****

Bu gün Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” müsabiqəsinin final mərhələsidir.

Ailem.az-ın xəbərinə görə, finalda yarışan 4 nəfərdən biri də həmyerlimiz Elnur Hüseynovdur. Yarışmanın final mərhələsində finalçılar əvvəlcə hərəyə iki mahnı ifa edəcək. Bunun ardınca 4 nəfərdən ən az SMS toplayanı yarışı tərk edəcək. Daha sonra yenidən hər iştirakçı bir mahnı ifa edəcək və yarışmanın qalibi müəyyənləşdiriləcək.

Həmyerlimiz Elnur Hüseynov ilk mahnısını səsləndirib.